Birləşmiş Ştatlar Ukraynaya silah tədarükünə 6 milyard dollardan çox vəsait xərcləyə bilər. Vaşinqtona Kiyevə verilən hərbi yardımın smetasını yenidən hesablayıb.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü müavini Sabrina Sinq brifinqdə bildirib .

"Departamentin Ukraynaya tədarük üçün prezident səlahiyyətlərinin icrasına müntəzəm nəzarəti zamanı biz avadanlıqların qiymətləndirilməsində uyğunsuzluqlar aşkar etdik" deyə o, bildirib.

Sinqin sözlərinə görə, söhbət ABŞ-ın ehtiyatlarından Kiyevə verilən “avadanlığın dəyərinin yenidən qiymətləndirilməsi”nin baş verdiyi hallardan gedir.

“2023-cü maliyyə ili üçün biz yekun hesablamaya görə 3,6 milyard dollar, 2022-ci maliyyə ili üçün isə 2,6 milyard dollar məbləğində vəsaiti təsdiqləmişik ki, bu da ümumilikdə 6,2 milyard dollardır”.

İyunun əvvəlində Pentaqon Ukraynaya 2,1 milyard dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını açıqlamışdı. ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilirdi ki, yeni paketə HAWK yarı stasionar orta mənzilli zenit-raket kompleksi, Puma daxildir.  Bundan əlavə, bura lazerlə idarə olunan raket sistemləri və mərmilər üçün döyüş sursatları daxil olacaq.

May ayında Pentaqonun rəhbəri Lloyd Austin ABŞ-ın müttəfiqləri ilə birlikdə ölkəyə 65 milyard dollar hərbi yardım etdiyini açıqlamışdı .