ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpini diktator adlandırıb.

"Unikal" xəbər verir  ki, o, bunu Kentsfilddə maliyyə toplanması tədbirində fevral ayında ABŞ üzərində Çin şarının vurulmasından sonra keçirdiyi emosiyaları şərh edərkən deyib.

"Si Cinpin iki vaqon dolu casus avadanlığı olan şarın vurulması zamanı bu qədər üzülməsinin səbəbi onun orada olduğunu bilməməsidir. Xeyr, mən ciddiyəm. Və bu, diktatorların nə baş verdiyini bilmədiyi zaman həqiqətən xoşlamadıqları şeydir", - Bayden deyib.