İranın Hörmüzqan vilayətinin Farəğan şəhərində 4,9 bal gücündə zəlzələ baş verib.

"Unikal" "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanlar 23 km dərinlikdə qeydə alınıb. 

Məlumata görə, episentri Xoy şəhərinin Zərabad rayonunda olan 4 bal gücündə daha bir zəlzələ olub. 

Zəlzələdən sonra Qızıl Aypara qiymətləndirmə qrupları bölgəyə gedərək vəziyyəti araşdırıb. Qruplar bununla bağlı hesabat təqdim etməyiblər.

Ağarza Elçinoğlu