Belarus Müdafiə Nazirliyi səfərbərliklə bağlı təlimlərə başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi açıqlayıb. 

Təlim çərçivəsində hərbçilər infrastrukturun yerləşdirilməsi, çağırışçıların və avtomobil texnikasının cəlb olunmasını işləyəcəklər: "Onların əsas məqsədi yerli icra hakimiyyəti orqanlarının, hərbi komissarlıqların, dövlət qurumlarının və təşkilatların tapşırıqları yerinə yetirməyə hazırlığının dərəcəsini qiymətləndirməkdir".

Ağarza Elçinoğlu