Rusiyanın Ukraynadakı müharibədə komandirlərindən biri, ordu generalı Sergey Surovikin "Vaqner" özəl hərbi şirkətinin ( PMC) döyüşçülərinə müraciət edib. 

"Unikal" xəbər verir ki, general hərbçiləri dayanmağa və dövlət rəhbərliyinə tabe olmağa çağırıb. 

"Çox gec olmadan bunu etmək lazımdır. Rusiya Federasiyasının xalq tərəfindən seçilmiş Prezidentinin iradəsinə və əmrinə tabe olun, hərbçiləri dayandırın, onları daimi dislokasiya məntəqələrinə və cəmləşmə bölgələrinə qaytarın, bütün problemləri Ali Baş Komandanın rəhbərliyi altında yalnız sülh yolu ilə həll edin", - deyə Surovikin əlində silah tutaraq bildirib. 

Ağarza Elçinoğlu