"SoftBank" texnologiya və maliyyə korporasiyasının rəhbəri, yaponiyalı milyarder Masayoşi Son süni intellekt texnologiyasından istifadə edərək "dünyanı ələ keçirmək" planlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-ə danışıb. 

Onun sözlərinə görə, ChatGPT süni intellekt elementləri olan çatbotun pərəstişkarıdır və süni intellektin Yapon texnologiya şirkətinə böhran dövrünün öhdəsindən gəlməyə kömək edəcəyinə inanır.

“Mən hər gün ChatGPT ilə əlaqə saxlayıram. OpenAI-nin yaradıcısı Sem Altmanla da demək olar ki, hər gün ünsiyyətdə oluram”, - deyə iş adamı bildirib. 

"SoftBank" Yaponiya holdinqinə daxil olan Britaniya çip istehsalçısı "Arm"ın səhmlərinin kütləvi təklifinə hazırlaşır.