"Rostovda vəziyyət ağır olaraq qalır. Faktiki olaraq Rostov vilayətində mülki və hərbi hakimiyyət orqanlarının işi əngəllənib".

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.  

 Onun  sözlərinə görə, hərbi üsyanı təşkil edən, silahdaşlarına silah qaldıran Rusiyaya xəyanət etmiş olur: "Və onlar buna görə cavab verəcəklər. Mən Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək üçün hər şeyi edəcəyəm, qəti addımlar atılacaq. Sizi ölümcül, faciəvi səhvə yol verməməyə çağırıram. Yeganə düzgün seçim edin: cinayət əməllərində iştirak etməyi dayandırın. İnanıram ki, biz Vətənimizlə birlikdə istənilən sınaqdan çıxacağıq və daha da güclənəcəyik", - deyə  o vurğulayıb. 

Gülayə Mecid