Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Priqojinin Rusiyada hakimiyyəti ələ keçirmək cəhdindən imtina etməsindən məyus olub.

"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. 

“Priqojinin fenomenal seçimi... Siz az qala Putini sıradan çıxartdınız, mərkəzi hökuməti nəzarət altına aldınız, Moskvaya çatdınız və birdən geri çəkildiniz.Çünki şübhəli hakimiyyətin çox konkret vasitəçisi (Belarus Prezidenti Aleksandr Lukaşenko - red.) bu səhər sizin məhv edilməsini əmr edən şəxsə (Rusiya Prezidenti Vladimir Putin- red.) təhlükəsizlik zəmanəti vəd edib”, - Podolyak qeyd edib. 

Onun sözlərinə görə, Priqojin Putini, Rusiyanı aşağıladı və zorakılıq monopoliyasının artıq olmadığını göstərdi.

Gülayə Mecid