Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin üsyanını yatıran hərbçilər və hüquq-mühafizə orqanları faktiki olaraq vətəndaş müharibəsini dayandırdılar. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə təhlükəsizlik qüvvələri və hərbçilərə müraciətində deyib.

"Siz vətəndaşlarımızın konstitusiya quruluşunu, həyatını, təhlükəsizliyini və azadlığını müdafiə etmisiniz. Biz Vətənimizi sarsıntılardan xilas etdik, faktiki olaraq vətəndaş müharibəsini dayandırdıq", - deyə Rusiya lideri çıxış edib. 

Putin vurğulayıb ki, üsyançıların qarşısını alanlar aydın və ardıcıl hərəkət edərək, Rusiya xalqına və anda sadiq olduqlarını sübut ediblər. Prezidentin sözlərinə görə, hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin taleyi və gələcəyi üçün məsuliyyət nümayiş etdiriblər.

Ağarza Elçinoğlu