Kreml "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təşkil etdiyi hərbi qiyamın nizamlanması üzrə danışıqların təfərrüatlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Putinin sözçüsü Dmitri Peskov bildirib.

"Daha yüngül cinayətlərdə hüquq mühafizəçiləri ciddi şəkildə cəzalandırdığı halda, iğtişaş müəllifinə qarşı cinayət işi niyə dayandırıldı?" sualına cavab verən Peskov, belə bir vədin ölkə başçısı tərəfindən verildiyini etiraf edib.

"Rusiya prezidenti söz verirsə, həm beynəlxalq, həm də daxili məsələlərdə bu, yerinə yetirilir", - deyə Kreml nümayəndəsi qeyd edib. 

Ağarza Elçinoğlu