Ukraynanın iyulda keçiriləcək Alyansın sammitində NATO-ya üzv olmaq üçün siyasi dəvət almasına bütün əsasları var.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. 

"Ukraynanın Alyansa siyasi dəvət alması üçün bütün əsaslar var. Ukrayna üzvlük anına qədər olan müddət üçün təhlükəsizlik təminatlarını tam başa düşür", - deyə Ukrayna lideri yazıb.

Prezident qeyd edib ki, o, komanda ilə birgə çalışır ki, Vilnüsdə keçirilən sammitin qərarları həqiqətən də mənalı olsun.

Ağarza Elçinoğlu