Ukrayna müdafiə-sənaye kompleksini elə bir səviyyəyə çatdırmağa çalışır ki, öz ərazisində Qərb tipli silahlar istehsal edə bilsin.

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski  Konstitusiya Günü münasibətilə Ali Radada çıxışı zamanı deyib.

"Biz lazımi silah sistemlərini istehsal etmək və lokallaşdırmaq məqsədi daşıyırıq: zenit müdafiəsi, tanklar, Ukraynadakı tərəfdaşlar tərəfindən tədarük edilən zirehli texnika silahları. Əsgərlərimiz hər zaman silaha sahib olacaqlar", - Ukrayna lideri qeyd edib. 

Zelenskinin sözlərinə görə, Ukrayna kifayət qədər güclü müdafiə və sənaye kompleksinə sahib olacaq: "Bu, xəyal deyil, yenə də reallıqdır. Biz başa düşürük ki, istehsalın həcmi hələ də kifayət deyil. Bizə hələ də tərəfdaşlarımızın qlobal dəstəyi lazımdır". 

Ağarza Elçinoğlu