Donetsk vilayətinin Kramatorsk şəhərinə iyunun 27-də Rusiyanın raket hücumu nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölənlər arasında 3 uşaq da var.

"Axşam saatlarına olan məlumata görə, üçü uşaq olmaqla, 11 nəfərin öldüyü məlumdur. Daha 61 nəfər xəsarət alıb", - məlumatda qeyd olunub.