Türkiyə xarici işlər naziri Hakan Fidan Yunanıstanın yeni xarici işlər naziri Yorqo Qerapetritis ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir H.Fidan həmkarını yeni vəzifəsi münasibətilə təbrik edib.

Nazirlər ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün birgə işləmək barədə razılığa gəliblər.