Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində üç ballistik raket atdığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı məlumat yayıb.

Məlumatda həmçinin paytaxt Pxenyan yaxınlığından atılan raketlərin təxminən 300 kilometr məsafə qət edərək Yapon dənizinə düşdüyü qeyd olunub.

Zərifə Nağıyeva