ABŞ prezidenti Co Bayden Misir və Qətər liderlərinə məktub göndərərək "atəşkəs üçün HƏMAS-a təzyiq göstərin" çağırışı edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bu yaxınlarda Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Taniyə xüsusi məktub göndərib.

Məktubda, o, Misir və Qətəri "atəşkəs danışıqlarını sürətləndirmək üçün HƏMAS-a təzyiq göstərməyə" çağırıb.

Xatırladaq ki, ABŞ prezidenti ötən gün İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında "Qəzzada dərhal atəşkəsin təmin olunması" və "İsraili bu məsələdə atəşkəs istiqamətində addımlar atmağa" çağırıb.

Zərifə Nağıyeva