Meksikanın Ekvadordakı səfirliyinin diplomatları Cənubi Amerika respublikasının polisinin diplomatik missiyaya hücumu zamanı yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Alisiya Barcena "X" sosial şəbəkəsində yazıb. 

"Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasını və Meksika diplomatlarının Ekvadorda aldıqları xəsarətləri nəzərə alaraq, Meksika Ekvadorla diplomatik münasibətləri dərhal kəsdiyini elan edir", - deyə nazir qeyd edib. 

Nazirin sözlərinə görə, diplomatlar Ekvadoru dərhal tərk edəcəklər. Bundan əlavə, Meksika Ekvadoru beynəlxalq hüququn pozulmasına görə qınamaq tələbi ilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.

Ağarza Elçinoğlu