Türkiyə Tacikistan vətəndaşlarına ölkəyə vizasız girişi qadağan edib. 

"Unikal" xəbər verir ki, bu barədə müvafiq fərmanı prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.  

"Ümumi pasportdan istifadə etməklə Türkiyəyə daxil olan Tacikistan vətəndaşları üçün vizasız rejimin ləğvinə qərar verilib", - sənəddə deyilir.

Qərarın səbəbləri açıqlanmayıb.

Ağarza Elçinoğlu