Türkiyədə İŞİD Terror təşkilatına qarşı “Bozdoğan-21” əməliyyatı keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

Onun sözlərinə görə, keçirilən əməliyyatlarda İstanbulda Santa-Maria kilsəsinə silahlı hücumun səbəbkarları ilə əlaqəsi olan 48 şübhəli saxlanılıb.