Martın 31-də keçirilən yerli seçkilərdə istədiyi nəticəni ala bilməyən Məmləkət Partiyası ixtisar etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə partiya sədri Məhərrəm İncə açıqlama verib. 

Partiyanın sözçüsü İpek Özkal bundan sonra istefa verdiyini açıqlayıb: "Siyasət sizin prinsipləriniz uğrunda mübarizədir! Mən yaxşı bilirəm! Amma mübarizə edilən şəxs mənəmsə, ən yaxşısı ayrılmaqdır! Əvvəl vəzifələrimi tərk etdiyim və təsisçilərindən biri olduğum partiyadan istefa verirəm!"

Qeyd edək ki, Partiya martın 31-də keçirilən yerli seçkilərdə ölkə üzrə 0,17 faiz səs toplayıb. 

Ağarza Elçinoğlu