HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğulları və nəvələrinin İsrailin Qəzza zolağına endirdiyi hava hücumunda həyatını itirdiyini öyrəndiyi anların görüntüləri yayımlanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı Haniyə Qətərin paytaxtı Dohadakı xəstəxanada İsrailin Qəzza zolağına hücumları nəticəsində yaralananlara baş çəkirmiş.

Telefon vasitəsilə xəbəri alan HƏMAS lideri "Allaha həmd olsun, Allahdan onlara rəhmət diləyirəm", - deyib. 

Xatırladaq ki, İsrailin Qəzza zolağındakı Əl-Şati Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda Haniyənin Hazem, Əmir və Məhəmməd adlı 3 oğlu və 3 nəvəsi həyatını itirib. 

Gülayə Mecid