İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Prezident Bayden mütəmadi olaraq Milli Təhlükəsizlik Şurasının üzvləri tərəfindən vəziyyətlə bağlı məlumatlandırılır.

Onun komandası İsrail rəsmiləri, eləcə də digər tərəfdaş və müttəfiqləri ilə daimi əlaqə saxlayır.