Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, Amerika bazaları hərbi hədəfə çevriləcək.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.

“Biz İsveçrə səfirliyi vasitəsilə ABŞ-a məlumat vermişik ki, Amerika bazaları sionist rejimin gələcək təcavüzkar hərəkətlərində istifadə olunarsa, hərbi hədəfə çevriləcək. Biz bunu təcavüz kimi qiymətləndirib, ona uyğun cavab verəcəyik”, - deyə Baqiri bildirib.