IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarının birinci günündə idmançılarımız ardıcıl qızıl medala sahib olub.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, final oyunlarını Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri izləyib.

Daxili işlər naziri Ramil Usubov və DTX rəisi Mədət Quliyev də idmançılarımıza dəstək olub.