Balakəndəki toy karvanı görənlərin marağına səbəb olub. Bu dəfə toy karvanı minik avtomobillərindən deyil, mikroavtobuslardan təşkil edilib. Bəyin öz mikroavtobusu da gəlin maşını olub.

Unial.org xezerxeber-ə istinadən bildirir ki, bu dəfəki toyda karvan mikroavtobuslardan ibarət olub. Hər kəs öz toyunda karvanın qeyri adi, yaddaqalan olmasını istəyir və müxtəlif üsullar seçir. Balakən sakini isə toy karvanı mikroavtobuslardan təşkil edib.

Rayon sakini Mədət Quliyev 4 gün əvvəl toy edib. Özü mikroavtobus sürücüsü olduğu üçün atasının təklifi ilə öz mikroavtobusunu gəlin maşını edib.

bəyin atası deyir ki bu addımları ilə həm də mühüm bir mesaj vermək istəyiblər. bahalı maşın karvanları ilə şan şçhrət arxasınca qaçanşar, daha çox ailənin xoşbəxtliyini fikirləşməlidirlər.

Bəyin dost-tanışları da bu təklifə qoşulub və toy karvanını mikroavtobuslardan təşkil ediblər.
8 mikroavtobusdan ibarət toy karvanı rayon sakinlərinin də böyük marağına səbəb olub.