Türkiyə Superliqasında 14-cü tura start verilib.

Unikal.org bildirir ki, turun mərkəzi oyunu İstanbulda keçirilib. "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edib. Matç "qara qartallar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Cenk Toun, 46, Duşko Toşiç, 70, Alvaro Neqredo, 90 (3:0)

Bununla "Beşiktaş" "Qalatasaray"la xal fərqini 3-ə endirib.

Qeyd edək ki, turnir cədvəlinə 29 xalla "Qalatasaray" başçılıq edir. "Başakşəhər" 27 xalla 2-ci, "Beşiktaş" 26 xalla 3-cüdür.