SON XƏBƏRLƏR
25 Fevral 2018
"Bakı-Əbu-Dabi Dostluq Körpüsü" cəmiyyəti YARADILDI
SİYASƏT 18:34 / 23.01.2018
Bu gün Bakıda "Bakı-Əbu-Dabi Dostluq Körpüsü" cəmiyyətin təsis konfransı keçirilib.

Unikal.org-un məlumatına görə, təşəbbüs qrupunun rəhbəri Habil Ağazadə çıxışında bildirib ki, "Bakı-Əbu-Dabi Dostluq Körpüsü” cəmiyyətinin məramı iki ölkənin gəncləri arasında dostluq körpüsü qurmaq, Azərbaycan gənclərini Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyəti, Birləşmiş Ərəb Əmirliklərinin gənclərini isə Azərbaycan mədəniyyəti ilə tanış etməkdir.

Habil Ağazadə bu təşəbbüsə dəstək olduğuna görə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarova, həmçinin BƏƏ-nin Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirib.

Konfransda cəmiyyətin Nizamnaməsi qəbul edilib, Habil Ağazadə təşkilatın sədri seçilib.