İnternetdə The Chaos Carol adlı qeyri-adi mash-up yayılıb.

Unikal.org xəbər verir ki, SoundCloud-da paylaşılan bu "Xaos himnində ən məşhur Yeni il mahnıları səslənir. Lakin, bu mahnıları bir-birindən ayırmaq müşkül məsələdir.

Müəllif Petter Rudvoll bu qeyri-adi ideyasını əsaslandıraraq deyib ki, mənim hər il oxunan Yeni il mahnılarından zəhləm gedir, artıq bezdirib. Bu səbəbdən o, bu təkrarçılıqla mübarizə aparmaq üçün müasir üsullardan istifadə edib.