Çinin "Pekin Qoyan klubunda çıxış edən Burak Yılmaz İstanbulda qalmaqal yaradıb.

Unikal.org xəbər verir ki, ulduz futbolçu bir neçə gün öncə İstanbulda avtobus sürücüsü ilə dava edib.

Lüks avtomobilindən düşərək avtobus sürücüsünün üstünə qışqırıb. Həmin vaxt sürücü oturacağının altında ağac çubuğunu çıxararaq futbolçuya vurmaq istəyib. Avtobusdan enən futbolçunu ətrafdakı insanlar sakitləşdirməyə çalışıblar.

Həmin anlar təhlükəsizlik kameralarına düşüb.