Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın olduğu maşın karvanında həyəcanlı anlar yaşanıb.

15 iyul şəhidləri körpüsü üzərində naməlum motosikletçinin maşın karvanına tərəf gəlməsi təhlükəsizlik xidməti əməkdaşlarını hərəkətə gətirib.

Dərhal polis həmin motosikletçini saxlayıb.

Onun üzərindən heç bir şey tapılmayıb.

Qeyd edək ki, Rusiya səfirinə edilən sui-qəsddən sonra Ərdoğanın qorunması üçün təhlükəsizlik tədbirləri gücləndirilib.