Suriyada Bəşər Əsəd dövlətinə qarşı vuruşan İŞİD terrorçuları Suriyanın Əlbab şəhərində yerləşdirilmiş Türkiyə hərbi qüvvələrinin iki əsgərini əsir alıb.

Unikal.org xəbər verir ki, vəhhabi-sələfi əqidəsinin ardıcılları olan İŞİD terrorçuları bir müddət öncə əsir aldıqları Türkiyə əsgərlərini vəhşiliklə, diri-diri yandırıblar.

Qeyd edək ki, Ərdoğan hakimiyyəti Bəşər Əsəd dövlətinə qarşı vuruşan ASO silahlılarını dəstəklədiyini açıq şəkildə bildirib. İŞİD və ASO silahlıları Bəşər Əsəd dövlətinə qarşı vuruşsalar da öz aralarında şiddətli ixtilaf yaranıb. Bu səbəbdən ASO və onu dəstəkləyən Suriyadakı Türkiyə qüvvələri ilə İŞİD arasında savaş şiddətlənib.

İŞİD səhifələrinin yayımladığı uyğun videonun əvvəlində türkiyəli İŞİD-çi Türkiyə xalqını terrora dəvət eidr.