Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub.

Unikal.org-un xəbərinə görə, "İnterpol xətti ilə axtarışda olan 1993-cü il təvəllüdlü Əlabbas Qurbanov Gürcüstanda saxlanılıb.

O, Azərbaycana ekstradisiya ediləcək.

Ə.Qurbanov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə təqsirli bilinir. O, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilib.