Martın 28-də saat 20:50-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 20:53-də Daxili İşlər Nazirliyinin "102 Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, "Beton zavod" adlanan ərazidə mərmi tapılması barədə məlumatlar daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Unikal.org-a verilən xəbərə görə, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamış top mərmisi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.