Atmosfer havasında müşahidə olunan toz-dumanın miqdarı günorta saatlarında norma həddinə qədər enəcək.

Bu barədə unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin martın 29-da səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib. Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 mart 2018-ci il tarixində ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasında günorta saatlarından başlayaraq havada tozun miqdarının azalaraq sanitar norma daxilində olacağı proqnozlaşdırılır.