Ağdaş rayonunda körpə yıxılaraq ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradeyin kəndində baş verib.

Belə ki, həmin kəndin sakini yaşyarımlıq körpə, Mahmudova Nəzifə Coşqun qızı yaşadığı evdə pilləkəndən yıxılaraq boynu sınıb. O, xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.