Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) hava şəraitindəki kəskin dəyişikliklə bağlı əhaliyə xəbərdarlıq edib. Modern.az saytının əməkdaşı mövzunu davam etdirmək, əhalinin narahatlığı ilə bağlı suallara cavab almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova müraciət edib.O isə suallara cavab vermək əvəzinə Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırmağa başlayıb.

Unikal.org Modern.az-a istinadən xəbər verir ki, institutut direktorundan gözlənilməz münasibəti aydınlaşdırmaq üçün saytın əməkdaşı Gülşən Raufqızı yenidən ona zəng edib. Ramiz Məmmədova təkrar zəng edən jurnalistə Coğrafiya İnstitutunun direktorunun sözləri belə olub:

"Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri "bezdarnı, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur.

Onun dediklərinin ayıb olduğunu bildiriləndə isə "bayaq "küçük sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz! deyə o, söyləyib.