Bakıda intihar olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bayıl qəsəbəsinin ərazisində yerləşən istifadəsiz tikililərdən birində asılmış kişi meyiti aşkar edilib.

Hadisənin intihar olduğu ehtimal edilir.

İntihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.