10 Dekabr 2018
Amaliya Pənahovanın heç yerdə yayımlanmayan filmi - VİDEO
MƏDƏNİYYƏT-ŞOU 2018-11-11 15:15:22
  • A

Noyabrın 8-də dünyasını dəyişən Xalq artisti Amaliya Pənahovanın bir neçə il əvvəl çəkildiyi "Gülüm" filminin kadrları yayımlanıb.

Unikal.org Baku.ws-ə istinadla xəbər verir ki, ekran işinin rejissoru Sərxan Kərəmoğlu açıqlamasında bildirib ki, film 2015-ci ildə çəkilib, lakin heç yerdə nümayiş olunmayıb. Rejissor filmi yaxın zamanda tamaşaçılara təqdim etməyi planlaşdırır.

Mərhum aktrisa ekran işində həyat yoldaşı və oğul itkisi yaşamış qadın obrazını canlandırır.

Qeyd edək ki, xalq artisti Amaliya Pənahovanın son rolu isə rejissor Aqil M.Quliyevin "Şaman" filmində olub.