Müğənni Əlikram Bayramov "Ay Zaur"da şəxsi həyatı ilə bağlı heç yerdə etmədiyi etirafları ilə diqqət çəkib.

Unikal.org xəbər verir ki, müğənni anasının bir qapıya bir neçə dəfə elçi getdiyini bildirib.

Əlikram qızı ona verməyəcəklərini bilincə çıxış yolunu qaçırmaqda görüb:

"Qız verməyəndə heç kim boynuna almaz. Deyər "Nə danışırsan?! Mən getmişdim, qızı da aldım". Onu bilirəm ki, anam 5-6 dəfə yoldaşıma görə elçi getdi. Gördüm vermirlər, acığa mən də götürdüm qaçdım. 18 polis gəldi qapını kəsdi. Qızdan izahat aldılar, qız da dedi "Mən istəyib gəlmişəm"".