Şəmkirdə "Hummer" markalı avtomobilində özünü yandıran şəxs vəziyyəti ağır olduğu üçün Bakıya gətirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, özünü yandıraraq intihara cəhd edən Şəmkir rayon sakini Fuad Həsənov Respublika Yanıq Mərkəzinə gətirilib.

 Respublika Yanıq Mərkəzinin yeni rəhbəri Şöhrət Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, hazırda intihara cəhd edən şəxsin vəziyyəti ağırdır:

"Fuad Həsənovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.Həyatı təhlükəsi var.Onun bədəninin 55 faizi yanıb.Əsasən bədənin yuxarı ətrafları yanıb."

Famil Fərhadoğlu