18 Noyabr 2019
17 Noyabr 2019
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub - FOTO
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub -FOTO CƏMİYYƏT 13:05 2019-10-13

Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub.

Unikal.org xəbər verir ki, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib.

Assosiasiyanın rəhbəri Xəlil Həsənov qonaqları ofislə tanış edib, görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı ətrafl məlumat verib. Bildirib ki, əsas məqsəd Polşada yaşayan azərbaycanlıları bir araya gətirmək və fəaliyyətlərini mərkəzləşdirməkdir.

Polşa Azərbaycanlıları Assosiasiyası 2019-cu ildə paytaxt Varşavada təsis edilib və öz ətrafında əsasən Polşada yaşayan azərbaycanlı iş adamlarını birləşdirir.

Mərkəzi ofisin açılışından sonra buraya toplaşan azərbaycanlı iş adamları ilə görüş keçirilib.

Komitə sədri Polşa Azərbaycanlıları Assosiasiyasının əhəmiyyətindən danışıb və azərbaycanlıların birləşməsi üçün onun fəaliyyətini vacib saydığını vurğulayıb. O, çıxışında Polşada yaşayan azərbaycanlılar, onların yaratdıqları təşkilatlar haqqında danışıb, eyni zamanda ehtiyac olacağı təqdirdə burada da həftəsonu Azərbaycan məktəblərinin açılmasına Komitənin dəstək olacağını qeyd edib. F.Muradov bildirib ki, xaricdə yaşayan hər bir soydaşımız Komitənin diqqətindədir.

Tədbir iştirakçılarına Azərbaycan Diasporuna Dəstək Fondu haqqında fondun icraçı direktoru Elşad Əliyev geniş məlumat verib.

Həsən Həsənov mərkəzi ofisin açılışı münasibətilə təbriklərini çatdıraraq bildirib ki, səfirlik Polşada yaşayan azərbaycanlıların birgə fəaliyyəti, cəmiyyətə inteqrasiya olunmaları işində Polşa Azərbaycanlıları Assosiasiyası ilə əməkdaşlığa hazırdır.

Səfir Komitə sədrinin Polşaya səfərini yüksək qiymətləndirib, bu ölkədə təhsil alan, yaşayıb çalışan azərbaycanlılıların sayının getdikcə artdığını, artıq 200-ə yaxın azərbaycanlının Polşa Respublikasının vətəndaşı olduğunu diqqətə çatdırıb.

Sonda F.Muradov Polşa Azərbaycanlıları Assosiasiyasına tarix və mədəniyyətimizi təbliğ edən kitablar bağışlayıb.

Görüş geniş fikir mübadiləsi ilə yekunlaşıb.


  • Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub -FOTO
  • Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub -FOTO
  • Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisinin açılışı olub -FOTO