Bu ilin iyul ayından Rusiyanın Saratov şəhərindən Azərbaycana aviauçuşlar həyata keçirilməyə başlanılacaq.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, aviareyslər Saratovun “Qaqarin” aeroportundan həyata keçiriləcək.

Bildirilir ki, 176 oturacaqlı təyyarələr Bakıya və geriyə istiqamətində bazar günləri uçuşlar edəcəklər.