Təhsil Nazirliyində yeni təyinatlar olub.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə Elnur Əliyev təyin olunub. Həmin şöbənin müdiri daha öncə Rəşad Tağıyev idi. O, Prezident İlham Əliyevin 2021-ci il 14 sentyabr tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.