Əfsanəvi moda jurnalisti və dəb ikonu Andre Leon Telli 73 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, o, Nyu-Yorkda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Andre 70-ci illərdə "Women's Wear Daily" jurnalında moda üzrə redaktor kimi işləyib. O, karyerası ərzində "Telli Interview", "Vanity Fair", "House & Garden", "New-York Times" və "Vogue" kimi məşhur nəşrlərdə çalışıb.