Dünyaca məşhur  amerikalı rok musiqiçisi və aktyor Mit Louf (əsl adı Marvin Li Edey) 74 yaşında dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, bu barədə müğənninin rəsmi feysbuk səhifəsində dərc olunan məlumatda deyilir. Onun ölümü  ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb. 

Qeyd edək ki, o, karyerası ərzində 100 milyon nüsxədən çox albom satıb. "Döyüş Klubu" (1999), "Fokus" (2001), "The Rocky" daxil olmaqla 65-dən çox filmdə rol alıb. M.Loufun 1977-ci ildə buraxılan "Bat Out of Hell" adlı albomu "tarixdə ən çox satılan on albomdan biri olaraq qalır".