Türkiyə Superliqasında 28-ci tur davam edir.

"Unikal" xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" evdə  "Fənərbaxça"nı qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Hatayspor" - "Fənərbaxça" - 0:2
Qollar:Osayi-Samuel, Cengiz Ünder, 40

Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 79-cu dəqiqədə meydana daxil olub.