Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 154 nəfər həyatını itirib.

Unikal.org xəbər  verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 281 184 nəfər test edilib, onların 18 847-sinin koronavirus testi pozitiv nəticə verib, 14 426 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci (44 020 437 peyvənd), ikinci (32 916 449) və üçüncü (6 612 245) mərhələ də daxil daxil olmaqla 83 549 131 peyvənd tətbiq edilib.