Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək.

"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazirlərin toplantısına Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə İslam bankçılığının rolu ilə bağlı fikir mübadiləsi aparılacaq.