Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

"Unikal" xəbər verir ki, bu barədə Ərdoğanın özü məlumat verib.

O qeyd edib ki, Türkiyənin Rusiya-Ukrayna müharibəsinin sülhlə başa çatması üçün təşəbbüsləri davam edir.

“Bu gün BMT Baş katibi Antonio Quttereşi qəbul etdim. Onunla mövcud durumla bağlı fikir mübadiləsi apardıq. Ötən günlərdə ukraynalı həmkarım Volodimir Zelenski ilə danışdım. Sabah da rusiyalı həmkarım Vladimir Putinlə danışacağam”, - deyə Ərdoğan bildirib.