Avropa Parlamenti Ukraynaya 1 milyard avro məbləğində kredit ayrılmasını təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Kredit Ukraynada hərbi əməliyyatlar nəticəsində kəskin vəsait çatışmazlığına görə ayrılır. Bu, Kiyevə planlaşdırılan 9 milyard avro məbləğində makromaliyyə yardımının birinci hissəsidir.